Mirkazim Mirəyyar oğlu Hüseynov 16 noyabr 1985-ci ildə anadan olmuşdur. 2001–2005-ci illərdə Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili almışdır. 2005-2006-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2008-2010-cu illərdə eyni ixtisas üzrə magistr təhsilini başa vurmuşdur. 2016-2020-ci illərdə Sahə iqtisadiyyatı ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoruluğu üzrə təhsilini davam etdirmiş və 2021-ci ildə Ali Attestasiya Komisiyasının təsdiqi ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Mirkazim Hüseynov 2007-ci ildən mühasibat uçotu, maliyyə və audit üzrə əmək fəaliyyətinə başlamış və bu sahədə 19 illik peşəkar təcrübəyə malikdir. Fəaliyyəti dövründə mühasibat uçotu, audit və iqtisadiyyat sahələrində 100-dən çox uğurlu layihəyə rəhbərlik etmiş, müxtəlif miqyaslı layihələrin effektiv idarə olunmasını və sistemlərin avtomatlaşmasını təşkil etmişdir.
İsmayıl Cəfərov
Auditor (Vergilər üzrə direktor)
İsmayıl Asif oğlu Cəfərov 5 iyul 1992-ci ildə anadan olmuşdur. 2010-2014-cü illərdə Mühasibat uçotu və audit üzrə bakalavr təhsili almış, 2014-2016-cı illərdə Mühasibat uçotu və audit üzrə magistr təhsilini başa vurmuşdur. 2015-ci ildən mühasibat uçotu, maliyyə və audit üzrə əmək fəaliyyətinə başlamış və bu sahədə illik peşəkar təcrübəyə malikdir. Əmək fəaliyyətinə başladığı tarixdən etibarən bu sahədə günümüzədək 10 illik əmək stajına malikdir. Bu müddət ərzində o, vergi və maliyyə auditləri, maliyyə hesabatlarının hazırlanması, müəssisələrdə maliyyə risklərinin qiymətləndirilməsi, vergi öhdəliklərinin optimallaşdırılması və mühasibatlıq proseslərinin avtomatlaşdırılması üzrə müxtəlif layihələrdə iştirak etmişdir. O, indiyədək 40-dan çox vergi və maliyyə auditi layihəsini uğurla tamamlamış, audit proseslərinin planlaşdırılması, məlumatların təhlili, uyğunsuzluqların aşkarlanması və hesabatların hazırlanması kimi mərhələlərdə əsas icraçılardan biri olmuşdur.
Nicat İsayev
Proqramlaşdırma və avtomatlaşdırma üzrə direktor
Nicat İlqar oğlu İsayev 12 aprel 1990-cı ildə anadan olmuşdur. 2009–2013-cü illərdə Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili almış, 2014–2016-cı illərdə isə Biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr təhsilini başa vurmuşdur. 2013-cü ilin iyul ayından 2014-cü ilin iyul ayınadək hərbi xidmətdə olmuşdur. 2015-ci ildən əmək fəaliyyətinə mühasib olaraq başlamış və uçot avtomatlaşdırılması istiqamətində özünü inkişaf etdirmişdir. Əmək fəaliyyəti dövründə hazırda proqramlaşdırma 1C mühasibat proqramının tətbiqi üzrə müxtəlif kurslarda iştirak etmişdir. avtomatlaşdırma üzrə direktor vəzifəsində çalışır. Bu sahədə 10 illik peşəkar təcrübəyə malikdir. Fəaliyyəti dövründə informasiya texnologiyaları, proqram təminatının hazırlanması və biznes proseslərinin avtomatlaşdırılması istiqamətində 50dən çox uğurlu layihələrin həyata keçirilməsində iştirak etmiş və uçotun avtomatlaşdırılmasını uğurla təmin etmişdir.
Həbib İsmayılov
İnsan resursları üzrə direktor
Həbib Nadir oğlu İsmayılov 6 noyabr 2000-ci ildə anadan olmuşdur. 2022-2024-cü illərdə İnsan resurslarının idarə olunması üzrə Magistr təhsili almışdır. Əmək fəaliyyətinə başladığı tarixdən etibarən insan resursları sahəsində 4 illik peşəkar iş təcrübəsinə malikdir. Bu müddət ərzində kadr seçimi və yerləşdirilməsi, müsahibə və qiymətləndirmə proseslərinin təşkili, adaptasiya proqramlarının hazırlanması, əmək müqavilələrinin rəsmiləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi istiqamətlərində aktiv fəaliyyət göstərmişdir. Bununla yanaşı, strateji HR idarəçiliyi sahəsində təcrübəli direktor kimi təşkilatın uzunmüddətli insan resursları strategiyasının hazırlanması və icrası, kadr planlaşdırılması, performansın idarə olunması sisteminin qurulması kimi mühüm nailiyyətlər əldə etmişdir. İnsan resursları sahəsində sertifikatlı və ixtisaslaşmış mütəxəssis olmaqla yanaşı, strateji HR idarəçiliyi, kadr planlaşdırılması, performansın qiymətləndirilməsi və təşkilati inkişaf istiqamətlərində təcrübəli direktordur.
Zaur Salahov
Auditor (ACCA Member)
Zaur Mürşüd oğlu Salahov 2 aprel 2002-ci ildə anadan olmuşdur. 2018-2022-ci illərdə Mühasibat uçotu və audit üzrə bakalavr təhsili almış, 2022-2024-cü illərdə Maliyyə və audit üzrə magistr təhsilini başa vurmuşdur. 2022-ci ildən əmək fəaliyyətinə başlamış, bu müddət ərzində 3 ildən artıq peşəkar iş təcrübəsi qazanmışdır. Əmək fəaliyyətində maliyyə hesabatlarının hazırlanması, audit yoxlamalarının aparılması, vergi uçotunun təşkili, maliyyə analizlərinin icrası və daxili nəzarət mexanizmlərinin qurulması kimi istiqamətlərdə uğurla fəaliyyət göstərmişdir. Zaur Salahov beynəlxalq mühasibatlıq təşkilatı olan Association of Chartered Certified Accountants (ACCA)-nın üzvüdür. Bu üzvlük onun beynəlxalq maliyyə və audit standartlarına uyğun peşəkar bilik və bacarıqlara malik olduğunu təsdiq edir. Bununla yanaşı, müstəqil auditor sertifikatına sahibdir və audit fəaliyyətini müvafiq qanunvericiliyə uyğun şəkildə həyata keçirmək səlahiyyətinə malikdir. Analitik düşüncə qabiliyyəti, dəqiqlik, peşəkar etik prinsiplərə sadiqlik və məsuliyyətli yanaşması ilə seçilən mütəxəssisidir.
Fərid Əliyev
Audit üzrə mütəxəssis
Fərid Əli oğlu Əliyev 24 dekabr 2001-ci ildə anadan olmuşdur. 2019-2023-cü illərdə Sənayenin təşkili və idarə edilməsi üzrə bakalavr təhsili almış, 2023-2025-ci illərdə Mühasibat uçotu və audit üzrə magistr təhsilini başa vurmuşdur. 2023-cü ildən əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətinə başladığı tarixdən etibarən bu sahədə günümüzədək 2 illik əmək stajına malikdir. İş fəaliyyəti dövründə maliyyə uçotunun təşkili, idarəetmə uçotu mexanizmlərinin qurulması, büdcələşmə prosesləri, maliyyə təhlillərinin aparılması və hesabatların hazırlanması istiqamətlərində praktiki təcrübə əldə etmişdir. Maliyyə və idarəetmə uçotu sahəsində beynəlxalq sertifikatlara malikdir. Xüsusilə Association of Chartered Certified Accountants (ACCA) proqramı çərçivəsində F1 Accountant in Business, F2 Management Accounting, F3 Financial Accounting, F4 Corporate and Business Law, F7 Financial Reporting imtahan mərhələlərini uğurla tamamlamışdır. Bu sertifikatlar onun biznes mühiti, maliyyə uçotu sahələrində yüksək səviyyəli bilik və bacarıqlara malik olduğunu göstərir. Fərid Əliyev maliyyə və audit sahəsində peşəkar inkişafını davam etdirən, perspektivli mütəxəssisdir.