Haqqımızda

FAM Group Audit şirkəti haqqında


“FAM Group Audit” MMC “FAM Group” ailəsinin qollarından biridir. 19.09.2019-cu ildə 1912020308417100 №-li çıxarış əsasında dövlət qeydiyyatına alınıb, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 09 oktyabr 2019-cu il tarixli AT/196 qeydiyyat №-li icazəyə əsasən fəaliyyət göstərir. FAM Group Audit MMC olaraq müştərilərimizə beynalxalq və yerli standartlara uyğun xidmətlər təklif edirik. Çox qısa bir müddətdə, FAM Group Audit MMC böyük nəticələr əldə edib, müştərilərin inamını qazanıb, şirkətin müştəri bazası genişlənib və regionda aparıcı yerlərdən birini tutur. Şirkətimizin əldə etdiyi nailiyyətlər bizim bacarığımıza əsaslanır və müştərilərimizə əlimizdən gələn səviyyədə xidmət göstərməyimizdən irəli gəlir.Biz, Sizə göstərdiyimiz xidmətlərin keyfiyyətinə və konfedensiallığına təminat veririk.

Xidmətlərimiz

FAM Group Audit MMC-nin xidmətləri

FAM Group Audit MMC hazırda Bakı şəhərində yerləşən əsas ofisində çalışan zəruri bilik və ixtisaslara malik, təcrübəli əməkdaşları vasitəsi ilə öz müştərilərinə aşağıda göstərilən xidmətlərini təklif edir:

Beynəlxalq Audit Standartlarına əsasən illik maliyyə hesabatlarının auditi

Səhmdar Cəmiyyətlər üzrə dövrıyyəsindən asılı olmayaraq:

Banklar

Sığorta təşkilatları

Bank olmayan Kredit Təşkilatları və Kredit Birlikləri

Publik hüquqi şəxslər

Büdcədənkənar fondlar

Qeyri-hökumət təşkilatları

Bələdiyyələr

Açıq və Qapalı Səhmdar Cəmiyyətlər, Məhdud Məsuliyyətli Cəmiyyətlər və digər hüquqi şəxslər

Xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında yerləşən filialları, nümayəndəlikləri, təsis etdiyi birgə müəssisələr

Kənd təsərrüfatı kooperativləri

Birləşdirilmiş/icmal hesabatlar dərc edən hüquqi şəxslər, iki və daha çox törəmə/asılı/qız müəssisəyə malik hüquqi şəxslərin (Holdinq və Maliyyə-sənaye Qrupları) birləşdirilmiş/icmal hesabatlarının auditi

Siyasi partiyalar

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər

Xüsusi təyinatlı hesabatlar və tapşırıqlar üzrə rəy

Nizamnamə kapitalının formalaşdırılmasının təsdiqi

Emissiya paketi üzrə rəy

Vergi bəyannamələri üzrə rəy

Dövlət satınalmalarında iştirak edən müəssisələrlə bağlanan müqavilələr üzrə rəy

Aidiyyəti olan şəxslərlə bağlanan müqavilələr üzrə rəy

Məsləhət və digər əlaqəli xidmətlərin göstərilməsi

Mühasibat xidmətlərinin göstərilməsi

Mühasibat, vergi qanunvericiliyi, maliyyə sahəsində məsləhət və digər əlaqəli xidmətlərin göstərilməsi

Mühasibat uçotunun bərpası

Əmlak və digər mülkiyyət obyektlərinin qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi

Maddi aktivlərin qiymətləndirilməsi

İntelektual mülkiyyət obyektlərinin və “nou-hau”ların qiymətləndirilməsi

İstintaq və məhkəmə dəstəyi xidmətləri

Kommersiya və müqavilə mübahisələrinin həllində dəstək

Korporativ və ailə biznesi mübahisələrinin həllində dəstək

Ekspert şahidliyi xidmətləri

Mülki-iqtisadi məsələlər üzrə məhkəmə proseslərində müştərilərə dəstək

Saxtakarlıq risklərinin dəyərləndirilməsi və minimallaşdırılmasında dəstək

Aktivlərin üzləşdirilməsi və dəqiqləşdirilməsi

Biznesin dayandırılması və sığorta iddialarında dəstək

Araşdırma və Tədqiqat

Dəymiş zərərin qiymətləndirilməsi xidməti

İqtisadi hüquq məsləhətləri

Hüquqi və fiziki şəxslərə biznes hüququ ilə əlaqədar məsləhət xidmətləri

Kadr uçotu üzrə məsləhət xidmətləri

Əmək müqaviləsi, əmək müqaviləsi tərəflərinin hüquqi öhdəlikləri, əmək müqaviləsi bildirişi, əməyin mühafizəsi və s. bu kimi əmək qanunvericiliyinə müvafiq olaraq məsləhət xidmətləri

Gömrük əməliyyatları ilə əlaqədar məsləhət xidmətləri.

Xarici iqtisadi fəaliyyətlə əlaqədar (müqavilələr, müqavilələrin qeydiyyatı, idxal,ixrac və s,) bütün xidmətlər

Hüquqi və Fiziki şəxslərin vergi öhdəlikləri üzrə məsləhət xidmətləri.

Vergi öhdəliklərinin , bəyannamə mükəlləfiyyətlərinin, vergi borclarının müəyyənləşdirilməsi

Mühasibat uçotunun aparılması və tənzimlənməsi üzrə məsləhət xidmətləri

Müəssisələrdə uçot siyasətinin hazırlanması, mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununa və BMHS-na əsasən uçotun təşkili üzrə xidmətlər

Audit xidmətləri

Beynəlxalq Audit Standartlarına əsasən audit, daxili audit, uçot siyasəti üzrə audit və s. bu kimi audit xidmətləri

Müştərilərimiz

FAM Group Audit qısa zaman ərzində loyal müştəri bazası toplayıb.

Bu müştərilərdən bəzilərini sizin nəzərinizə çatdırırıq.

Əlaqə forması