Mirkazim Mirəyyar oğlu Hüseynov 16 noyabr 1985-ci ildə anadan olmuşdur. 2001–2005-ci illərdə Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili almışdır. 2005-2006-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2008-2010-cu illərdə eyni ixtisas üzrə magistr təhsilini başa vurmuşdur. 2016-2020-ci illərdə Sahə iqtisadiyyatı ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoruluğu üzrə təhsilini davam etdirmiş və 2021-ci ildə Ali Attestasiya Komisiyasının təsdiqi ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Mirkazim Hüseynov 2007-ci ildən mühasibat uçotu, maliyyə və audit üzrə əmək fəaliyyətinə başlamış və bu sahədə 19 illik peşəkar təcrübəyə malikdir. Fəaliyyəti dövründə mühasibat uçotu, audit və iqtisadiyyat sahələrində 100-dən çox uğurlu layihəyə rəhbərlik etmiş, müxtəlif miqyaslı layihələrin effektiv idarə olunmasını və sistemlərin avtomatlaşmasını təşkil etmişdir.
İsmayıl Cəfərov
Audit üzrə direktor (Baş Auditor)
İsmayıl Asif oğlu Cəfərov 5 iyul 1992-ci ildə anadan olmuşdur. 2010-2014-cü illərdə Mühasibat uçotu və audit üzrə bakalavr təhsili almış, 2014-2016-cı illərdə Mühasibat uçotu və audit üzrə magistr təhsilini başa vurmuşdur. 2014-ci ildən mühasibat uçotu, maliyyə və audit üzrə əmək fəaliyyətinə başlamış və bu sahədə 12 illik peşəkar təcrübəyə malikdir. Bu müddət ərzində o, vergi və maliyyə auditləri, maliyyə hesabatlarının hazırlanması, müəssisələrdə maliyyə risklərinin qiymətləndirilməsi, vergi öhdəliklərinin optimallaşdırılması və mühasibatlıq proseslərinin avtomatlaşdırılması üzrə müxtəlif layihələrdə iştirak etmişdir. O, indiyədək 60-dan çox vergi və maliyyə auditi layihəsini uğurla tamamlamış, audit proseslərinin planlaşdırılması, məlumatların təhlili, uyğunsuzluqların aşkarlanması və hesabatların hazırlanması kimi mərhələlərdə əsas icraçılardan biri olmuşdur.
Cavid Qasımov
Vergilər üzrə direktor
Cavid Alim oğlu Qasımov 4 dekabr 1996-cı ildə anadan olmuşdur. 2014–2018-ci illərdə mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2018–2020-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili almışdır. Hazırda İstanbul Universitetində maliyyə ixtisası üzrə doktorantura təhsilini davam etdirir. 2017-ci ildən maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi, biznesin idarə edilməsi və konsaltinq sahələrində peşəkar fəaliyyət göstərir. Əmək fəaliyyəti dövründə maliyyə idarəetməsi, strateji planlaşdırma, biznes proseslərinin təkmilləşdirilməsi, vergi və mühasibat uçotunun təşkili istiqamətlərində geniş təcrübə qazanmışdır. Sahibkarlıq subyektlərinə biznes və maliyyə məsləhətlərinin verilməsi, investisiya layihələrinin təhlili, biznes planların hazırlanması, maliyyə modellərinin qurulması və iqtisadi səmərəliliyin qiymətləndirilməsi üzrə ixtisaslaşmışdır. Fəaliyyəti dövründə sosial-iqtisadi layihələrin icrası, qanunvericilik təşəbbüslərinin təhlili, iqtisadi təsirlərin qiymətləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə müxtəlif layihələrdə iştirak etmişdir. Dövlət qurumlarının və bir sıra qeyri-hökumət təşkilatlarının sifarişi ilə vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmiş, Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklərin təşəbbüskarlarından və müəlliflərindən biri olmuşdur. Biznesin idarə edilməsi, maliyyə və vergi planlaşdırılması, layihələrin qiymətləndirilməsi, biznes proseslərinin hazırlanması, rəqəmsallaşdırılması və optimallaşdırılması istiqamətlərində peşəkar təcrübəyə malikdir. Peşəkar mühasib sertifikasiyasının (PMS) I və II mərhələləri üzrə təlimlər keçmiş, həmçinin bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir.
Nicat İsayev
Proqramlaşdırma və avtomatlaşdırma üzrə direktor
Nicat İlqar oğlu İsayev 12 aprel 1990-cı ildə anadan olmuşdur. 2009–2013-cü illərdə Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili almışdır. 2014–2016-cı illərdə isə Biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr təhsilini başa vurmuşdur. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildən əmək fəaliyyətinə mühasib olaraq başlamış və uçot avtomatlaşdırılması istiqamətində özünü inkişaf etdirmişdir. Əmək fəaliyyəti dövründə və hazırda proqramlaşdırma xüsusəndə 1C mühasibat proqramının tətbiqi üzrə davamlı kurslarda iştirak etmişdir. Elektron auditin aparılması, uçotun proqram təminatında qurulması və tətbiqi, uçotun müayinəsinin və bərpasının avtomatlaşdırılnası sahəsində 11 illik peşəkar təcrübəyə malikdir. Fəaliyyəti dövründə informasiya texnologiyaları, proqram təminatının hazırlanması və biznes proseslərinin avtomatlaşdırılması istiqamətində 50-dən çox uğurlu layihələrin həyata keçirilməsində iştirak etmiş və uçotun avtomatlaşdırılmasını uğurla təmin etmişdir.
Həbib İsmayılov
İnsan resursları üzrə direktor
Həbib Nadir oğlu İsmayılov 6 noyabr 2000-ci ildə anadan olmuşdur. 2022-2024-cü illərdə İnsan resurslarının idarə olunması üzrə Magistr təhsili almışdır. Əmək fəaliyyətinə başladığı tarixdən etibarən insan resursları sahəsində 4 illik peşəkar iş təcrübəsinə malikdir. Bu müddət ərzində kadr seçimi və yerləşdirilməsi, müsahibə və qiymətləndirmə proseslərinin təşkili, adaptasiya proqramlarının hazırlanması, əmək müqavilələrinin rəsmiləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi istiqamətlərində aktiv fəaliyyət göstərmişdir. Bununla yanaşı, strateji HR idarəçiliyi sahəsində təcrübəli direktor kimi təşkilatın uzunmüddətli insan resursları strategiyasının hazırlanması və icrası, kadr planlaşdırılması, performansın idarə olunması sisteminin qurulması kimi mühüm nailiyyətlər əldə etmişdir. İnsan resursları sahəsində sertifikatlı və ixtisaslaşmış mütəxəssis olmaqla yanaşı, strateji HR idarəçiliyi, kadr planlaşdırılması, performansın qiymətləndirilməsi və təşkilati inkişaf istiqamətlərində təcrübəli direktordur.
Zaur Salahov
Auditor (ACCA Member)
Zaur Mürşüd oğlu Salahov 2 aprel 2002-ci ildə anadan olmuşdur. 2018-2022-ci illərdə Mühasibat uçotu və audit üzrə bakalavr təhsili almış, 2022-2024-cü illərdə Maliyyə və audit üzrə magistr təhsilini başa vurmuşdur. 2022-ci ildən əmək fəaliyyətinə başlamış, bu müddət ərzində 3 ildən artıq peşəkar iş təcrübəsi qazanmışdır. Əmək fəaliyyətində maliyyə hesabatlarının hazırlanması, audit yoxlamalarının aparılması, vergi uçotunun təşkili, maliyyə analizlərinin icrası və daxili nəzarət mexanizmlərinin qurulması kimi istiqamətlərdə uğurla fəaliyyət göstərmişdir. Zaur Salahov beynəlxalq mühasibatlıq təşkilatı olan Association of Chartered Certified Accountants (ACCA)-nın üzvüdür. Bu üzvlük onun beynəlxalq maliyyə və audit standartlarına uyğun peşəkar bilik və bacarıqlara malik olduğunu təsdiq edir. Bununla yanaşı, müstəqil auditor sertifikatına sahibdir və audit fəaliyyətini müvafiq qanunvericiliyə uyğun şəkildə həyata keçirmək səlahiyyətinə malikdir. Analitik düşüncə qabiliyyəti, dəqiqlik, peşəkar etik prinsiplərə sadiqlik və məsuliyyətli yanaşması ilə seçilən mütəxəssisidir.
Eltun Hacıyev
Maliyyə meneceri
Eltun Ceyhun oğlu Hacıyev 2010–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə ali təhsil almışdır. 2017-ci ildən etibarən maliyyə və mühasibat uçotu sahəsində peşəkar fəaliyyət göstərir.
Əmək fəaliyyəti dövründə maliyyə əməliyyatlarının idarə olunması, mühasibat uçotunun təşkili, debitor və kreditor borclarına nəzarət, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu istiqamətlərində praktiki təcrübə qazanmışdır. Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi, bank əməliyyatlarının aparılması, elektron qaimələrin idarə olunması və gündəlik maliyyə proseslərinə nəzarət üzrə təcrübəyə malikdir.
Peşəkar fəaliyyəti ərzində maliyyə məlumatlarının təhlili və maliyyə intizamının təmin olunması istiqamətlərində çalışmışdır.
Maliyyə və mühasibat proseslərinin avtomatlaşdırılması sahəsində də praktiki biliklərə malikdir. Logo Tiger 3, 1C 8.3, İİKO Office, MS Office, MS Outlook və ƏMAS proqramlarından istifadə bacarığına sahibdir. Analitik yanaşma, detallara diqqət, məsuliyyətlilik, idarəetmə və komanda ilə işləmək bacarığı onun əsas peşəkar kompetensiyaları sırasındadır.
Vüqar Əliyev
Maliyyə meneceri
Vüqar Əliyev mühəndis iqtisadiyyatı və idarəetmə, həmçinin biznesin təşkili və idarə edilməsi istiqamətləri üzrə ali təhsil almış, maliyyə və mühasibatlıq sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. Karyerası ərzində maliyyə uçotunun təşkili, idarəetmə hesabatlılığının formalaşdırılması və biznes proseslərinin maliyyə baxımından təkmilləşdirilməsi istiqamətlərində ixtisaslaşmışdır.
Peşəkar fəaliyyətində maliyyə və vergi proseslərinin kompleks idarə olunması, balans və mənfəət-zərər hesabatlarının hazırlanması və təhlili, gəlir və xərclərin analitik qiymətləndirilməsi, vergi öhdəliklərinə nəzarət, audit və vergi yoxlamalarına hazırlıq üzrə geniş praktiki təcrübə qazanmışdır. Müxtəlif biznes subyektlərinin maliyyə və mühasibat uçotuna ümumi nəzarət, hesabatlılıq sistemlərinin qurulması və maliyyə proseslərinin optimallaşdırılması onun əsas fəaliyyət istiqamətlərindəndir.
Maliyyə funksiyasının rəqəmsallaşdırılması və uçot proseslərinin avtomatlaşdırılması sahəsində də təcrübəyə malikdir. 1C, Logo və digər mühasibatlıq həllərinin tətbiqi, uçot sistemlərinin qurulması və maliyyə məlumatlarının daha operativ və sistemli idarə olunması istiqamətində çalışmışdır.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) və Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün MHBS üzrə Peşəkar Mühasib Sertifikatlarına, həmçinin Microsoft Office Specialist: Excel Expert sertifikatına malikdir.
Fərid Əliyev
Audit üzrə mütəxəssis
Fərid Əli oğlu Əliyev 24 dekabr 2001-ci ildə anadan olmuşdur. 2019-2023-cü illərdə Sənayenin təşkili və idarə edilməsi üzrə bakalavr təhsili almış, 2023-2025-ci illərdə Mühasibat uçotu və audit üzrə magistr təhsilini başa vurmuşdur. 2023-cü ildən əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətinə başladığı tarixdən etibarən bu sahədə günümüzədək 2 illik əmək stajına malikdir. İş fəaliyyəti dövründə maliyyə uçotunun təşkili, idarəetmə uçotu mexanizmlərinin qurulması, büdcələşmə prosesləri, maliyyə təhlillərinin aparılması və hesabatların hazırlanması istiqamətlərində praktiki təcrübə əldə etmişdir. Maliyyə və idarəetmə uçotu sahəsində beynəlxalq sertifikatlara malikdir. Xüsusilə Association of Chartered Certified Accountants (ACCA) proqramı çərçivəsində F1 Accountant in Business, F2 Management Accounting, F3 Financial Accounting, F4 Corporate and Business Law, F7 Financial Reporting imtahan mərhələlərini uğurla tamamlamışdır. Bu sertifikatlar onun biznes mühiti, maliyyə uçotu sahələrində yüksək səviyyəli bilik və bacarıqlara malik olduğunu göstərir. Fərid Əliyev maliyyə və audit sahəsində peşəkar inkişafını davam etdirən, perspektivli mütəxəssisdir.
Elvin Məmmədzadə
Mühasibatlıq proqramları üzrə aparıcı mütəxəssis
Elvin Məmmədzadə İqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil almış, mühasibat uçotu, ERP sistemlərinin tətbiqi və biznes proseslərinin avtomatlaşdırılması sahəsində 20 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssisdir.
Peşəkar fəaliyyəti ərzində maliyyə və mühasibatlıq proseslərinin ERP sistemlərinə inteqrasiyası, proqram təminatının tətbiqi və inkişaf etdirilməsi, məlumat bazalarının idarə olunması, hesabatlılıq mexanizmlərinin qurulması və biznes proseslərinin optimallaşdırılması istiqamətlərində geniş praktiki təcrübə qazanmışdır.
LOGO Tiger Enterprise, LOGO Unity, İnsan Resursları modulu və Microsoft SQL Server üzrə yüksək səviyyəli praktiki biliklərə malikdir. SQL sorğularının hazırlanması, maliyyə və idarəetmə hesabatlarının avtomatlaşdırılması, məlumatların təhlili, istifadəçi hüquqlarının idarə olunması və ERP sistemlərində yaranan funksional məsələlərin həlli onun əsas ixtisaslaşma istiqamətlərindəndir.
Fəaliyyəti dövründə ERP layihələrinin planlaşdırılması və həyata keçirilməsi, istifadəçi tələblərinin təhlili, sistemlərin tətbiqi və işə salınması, istifadəçilərin təlimləndirilməsi və texniki dəstəklə təmin olunması üzrə müxtəlif layihələrdə iştirak etmişdir. Mühasibatlıq və maliyyə proseslərinin rəqəmsallaşdırılması, sistemli idarəetmə və hesabatlılığın təkmilləşdirilməsi sahəsində güclü peşəkar təcrübəyə malikdir.
Microsoft Excel, Word, PowerPoint, SQL Server, Visual Basic, LOGO Tiger Enterprise və LOGO Unity proqramlarından peşəkar səviyyədə istifadə edir.
Murad Şirinov
Mühasibatlıq proqramları üzrə mütəxəssis
Murad Şirinov maliyyə ixtisası üzrə ali təhsil almış, mühasibatlıq proqramlarının tətbiqi, idarə olunması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində peşəkar təcrübəyə malik mütəxəssisdir.
Peşəkar fəaliyyəti ərzində 1C sistemlərinin qurulması, tətbiqi, inteqrasiyası və texniki dəstəyi, məlumat bazalarının idarə olunması, istifadəçilərin konsultasiyası və təlimləndirilməsi istiqamətlərində çalışmışdır. Eyni zamanda korporativ biznes proseslərinin təhlili, avtomatlaşdırılması və optimallaşdırılması, proqram təminatının inkişafı üçün texniki tapşırıqların hazırlanması və inkişaf prosesinin koordinasiyası üzrə praktiki təcrübəyə malikdir.
1C:Accounting 8 for Azerbaijan, 1C:ERP, 1C:Complex Automation, 1C:Document Management, 1C:Trade Management və 1C:Manufacturing Enterprise Management həlləri üzrə bilik və bacarıqlara sahibdir. Bununla yanaşı, Microsoft Excel, SQL, Python və Power BI vasitəsilə məlumatların təhlili və hesabatların hazırlanması istiqamətində də təcrübəyə malikdir.
1C üzrə peşəkar sertifikata və Microsoft Office Specialist: Excel Expert sertifikatına malikdir. Mühasibatlıq proseslərinin rəqəmsallaşdırılması, proqram həllərinin biznes tələblərinə uyğunlaşdırılması və məlumatların analitik emalı onun əsas peşəkar fəaliyyət istiqamətlərindəndir.
Famil Ələkbərli
İT üzrə mütəxəssis
Ələkbərli Famil Fazil oğlu 1 iyun 1983-cü ildə anadan olmuşdur. 2001-ci ildən informasiya texnologiyaları sahəsində peşəkar fəaliyyətə başlamış və bu sahədə 25 ildən çox təcrübəyə malikdir. Bu müddət ərzində o, informasiya texnologiyaları, proqram təminatının hazırlanması, veb layihələrin yaradılması və idarə edilməsi, sistem inzibatçılığı, informasiya təhlükəsizliyi, məlumatların bərpası və texniki dəstək istiqamətləri üzrə müxtəlif layihələrdə iştirak etmişdir. Peşəkar fəaliyyəti boyunca kompüter sistemlərinin və şəbəkə infrastrukturunun qurulması və idarə edilməsi, server və sistemlərin administrasiyası, məlumatların qorunması və bərpası, texniki problemlərin diaqnostikası və aradan qaldırılması, proqram və veb həllərin hazırlanması, eləcə də İT layihələrinin planlaşdırılması və idarə olunması üzrə geniş praktiki təcrübə qazanmışdır. Hazırda fəaliyyətini əsasən proqramlaşdırma, sistem administratorluğu, informasiya təhlükəsizliyi, məlumatların bərpası və İT layihələrinin idarə edilməsi istiqamətlərində davam etdirir.